AZ

Toni Kevin: Qərb dövlətləri Rusiyaya lazım deyil

Rusiya həm döyüş meydanında, həm də qlobal informasiya müharibəsində Avropa və NATO-ya qarşı inamla qalib gəlir.

“İki sahil” xəbər verir ki, bu fikri TASS-ın müxbirinə müsahibəsində beynəlxalq siyasət üzrə ekspert Toni Kevin deyib.

Onun fikrincə, artıq Qərbin nə dediyi və ya etdiyi Rusiyanın vecinə deyil: “Rusiyanın indi Qərbə heç ehtiyacı yoxdur, Çinlə strateji razılaşma və Şərqi və Cənub-Şərqi Asiya, Hindistan və Yaxın Şərq, Afrika və Latın Amerikası ilə inkişaf edən ticarət sayəsində Rusiya Federasiyasının həm mülki, həm də hərbi iqtisadiyyatı sürətlə inkişaf edir”.

Avstraliyalı ekspert əmindir ki, ABŞ və müttəfiqləri 2022-ci ilin fevralında təklif ediləndən fərqli şərtlərlə Kremldən sülh əldə edə bilməyəcəklər: “Müharibə daha bir müddət uzana bilər və bu, yalnız Ukraynanın faciəsini uzadacaq, lakin Rusiya əslində bu döyüşdə artıq qalib gəlib”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müharibənin dayandırılması üçün şərtlərini açıqlayıb. Dövlət başçısı qeryd edib ki, Ukrayna qoşunlarının Donbass və Novorossiyadan silahlı qüvvələrinin çıxarılması, Kiyevin NATO-ya üzv olmaqdan imtinası var. Bundan əlavə, Putin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməyi və Ukrayna üçün neytral, bloklara qoşulmayan, nüvəsiz statusun yaradılmasını zəruri hesab edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
40
ikisahil.az

10Mənbələr