AZ

"Xətlərdə qəza baş verməyib, sular çəkilib, heç bir problem yoxdur" - RƏSMİ AÇIQLAMA

"Sözügedən ərazidəki xətlərdə hər hansı qəza baş verməyib".

Milli.Az bildirir ki, bu barədə məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilib.

"İntensiv yağıntı nəticəsində qısamüddətli su yığılması baş verib və tez bir müddətdə də sular çəkilib. Az öncə əməkdaşlarımız ərazidən qayıdıblar və hazırda heç bir problem yoxdur", - deyə məlumatda qeyd olunur.

-------

09:34

Bu gün səhər saatlarında Bakı şəhərinə yağan güclü yağış yolları keçilməz vəziyyətə salıb.

-------

09:29

Bu gün səhər saatlarında Bakı şəhərinə yağan güclü yağış yolları keçilməz vəziyyətə salıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzi küçə və prospektləri nəinki piyadalar, hətta avtomobillər üçün də keçilməz olub.

Bəzi ərazilərdə kanalizasiya sularının da küçələrə axması ətrafa üfunət iyinin yayılmasına səbəb olub. Tbilisi prospektində, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Füzuli küçələrində daşan kanalizasiya suları hərəkəti iflic edib.

Füzuli küçəsindəki dairədə böyük bir göl yaranıb və avtomobillərin hərəkəti mümkünsüz olub. 

şəhərin mərkəzi küçə və prospektləri nəinki piyadalar, hətta avtomobillər üçün də keçilməz olub.

Bəzi ərazilərdə kanalizasiya sularının da küçələrə axması ətrafa üfunət iyinin yayılmasına səbəb olub. Tbilisi prospektində, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Füzuli küçələrində daşan kanalizasiya suları hərəkəti iflic edib.

Füzuli küçəsindəki dairədə böyük bir göl yaranıb və avtomobillərin hərəkəti mümkünsüz olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
milli.az

9Mənbələr