AZ

Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşmədi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

"Unikal" xəbər verir ki, günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.

Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.

Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Seçilən
141
6
unikal.az

9Mənbələr