UEFA Xorvatiya milli komandasını cərimələyib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin II turunda, Albaniya ilə matçda xorvatiyalı azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəriməsi tədbiq edib.
Meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi və təxribat xarakterli mesajlar səbəbindən Xorvatiya 28 min avro cərimələnib.
Qeyd edək ki, B qrupunun oyunları çərçivəsində baş tutan Xorvatiya – Albaniya matçı (2:2) heç-heçə yekunlaşıb.