AZ

“Dövlət qulluqçularının peşəkar inkişafı üçün çoxşaxəli tədbirlər müəyyən edilib” - Məleykə Abbaszadə

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planında dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə əsas hədəflər və bu hədəflərə çatmaq üçün orta və uzunmüddətli çoxşaxəli, ardıcıl, mərhələli tədbirlər müəyyən edilib. Dövlət qulluqçularının davamlı peşəkar inkişafını təmin etmək məqsədilə həmin fəaliyyət planlarına uyğun olaraq bu sahəyə dövlət orqanlarının marağı artırılmalı, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyəti təkmilləşdirilməli və əlaqələndirilməli, dövlət qulluqçularının təlimə olan tələbatlarını (təlim ehtiyaclarını) hərtərəfli ödəyən və müasir tələblərə cavab verən peşəkar və davamlı təlim sistemi formalaşdırılmalıdır”. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

DİM-in rəhbəri deyib ki, dövlət qulluqçularının təlimi dövlət orqanlarının tələbatına və dövlət qulluqçularının maraqlarına uyğun həyata keçirilən, dövlət qulluğunda çalışmaq üçün zəruri bilik, bacarıq, təcrübə və səriştələrin mənimsənilməsindən və təkmilləşdirilməsindən ibarət məqsədyönlü və sistemli prosesə çevrilməlidir.

M.Abbaszadə diqqətə çatdırıb ki, dövlət qulluqçularının təlimə olan tələbatlarının (təlim ehtiyaclarının) müəyyən edilməsi, təlimlərin daha effektiv təşkili, sistemli və əlaqələndirilmiş keçirilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, dövlət orqanlarının (qurumlarının) tabeliyində olan təlim-tədris mərkəzlərinin, elm və təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Mərkəz tərəfindən “Dövlət qulluqçularının təliminin vahid elektron idarəetmə sistemi” yaradılıb.

Seçilən
143
2
sia.az

3Mənbələr