AZ

Ədən körfəzində daha bir gəmi qəza siqnalı verdi

Ədən körfəzində, Niştun şəhərindən 96 dəniz mili uzaqlıqda gəmi qəza siqnalı verib. 

Redaktor.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarəti Daşımaları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. 

Ticarət gəmilərinin bu rayondan keçərkən ehtiyatlı olmaları təvsiyə edilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Yəməndəki qiyamçı husilər İsraillə əlaqəli olan və Ədən körfəziylə Qırmızı dənizdən keçən ticarət gəmilərinin hədəfləri olacağını bəyan ediblər. Ötən dövrdə bir neçə gəmiyə pilotsuz uçuş aparatı və raketlərlə zərbə endirilib.

Seçilən
78
5
redaktor.az

5Mənbələr