AZ

Vuçiç çağırış etdi: Hazır olun, vəziyyət pis olacaq

Avropada təhlükəsizlik vəziyyətinin 2024-cü ilin sonuna qədər daha da pisləşəcəyi gözlənilir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Daxili İşlər Nazirliyi Günündə keçirilən mərasimdə deyib.

"Serbiyanın çətin və ya pis vəziyyətdə olduğu üçün yox, əksinə, daha çətin dövrə hazır olun. Dünyada nə baş verəcəyini bilirəm. Bilirəm ki, burada vəziyyət daha çətin olacaq, ona görə də bizdə olan bütün ehtiyatları qorumaq, təmin etmək və bu dövrə hazırlamaq vacibdir. Avropada və dünyada nə qədər çətin olsa da, Serbiya torpağının hər qarışı təhlükəsiz olmalıdır, uşaqlarımız məktəbə getməli və evlərinə sağ-salamat qayıtmalıdırlar", - Vuçiç bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
32
milli.az

10Mənbələr