Türkiyənin Diyarbakır şəhərində İsrail əleyhinə etiraz edən bir qrup şəxs "Starbucks" və "Burger King" filiallarına hücum edib.
KİV-in verdiyi məlumata görə, Kayapınar ərazisində Mahabad bulvarında yerləşən "Starbucks" filialı və Sur küçəsində yerləşən "Burger King" filialı naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Hücumlar nəticəsində bu müəssisələrə xeyli maliyyə zərəri dəyib.
Müəssisələrə ziyan vuran qrupun İsrail əleyhinə şüarlar səsləndirdiyi qeyd edilib.