AZ

Məşhur restoran ətraf mühiti çirkləndirdi

"Beer Muxtar By Ares Pub Restaurant" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 24 İyun 2024, 08:18   
Seçilən
231
2
pravda.az

10Mənbələr