AZ

Azərbaycanın "Sezar"ı məhv edəcək silahı...

Ermənistanın Fransadan “Sezar” silahlarını alması o qədər də uğurlu addım deyil. Belə ki, bu qurğular kifayət qədər böyükdür və çəkisi də ağırdır.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, iri qabaritlərinə görə, “Sezar”lar dağlıq və yolsuzluq şəraitlərdə kifayət qədər zəif manevr imkanları nümayiş etdirir:

“Bundan başqa “Sezar” qurğuları məhdud sayda, cəmi 18 ədəd sursat dəstinə malikdir. Bu ona intensiv döyüş şəraitində üç dəqiqə sursat atmağa imkan verir.

“Sezar”ların istifadə etdiyi mərmilər 155 mm NATO kalibrdir. Ermənistanda isə bir dənə də olsun bu çapda mərmi yoxdur. Bu mərmiləri istehsal edən şirkətlər isə hazırda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar intensiv sifarişlər alır. Yəni Ermənistan üçün yaxın zamanda mərmi istehsal edə bilməyəcəklər”.

Ekspert deyib ki, Ermənistanın “Sezar” qurğularını alması Azərbaycan ilə güc balansını dəyişməyəcək:

“Azərbaycanın arsenalında bu gün “Sezar” qurğularından daha güclü artilleriya və müdafiə sistemləri var. Bundan başqa bu qurğuları sıradan çıxaracaq potensiala malik PUA-lar mövcuddur. Yəni narahatlığa əsas yoxdur”.

Seçilən
89
3
sitat.info

4Mənbələr