"Bu yaxın günlərdə mənə "Instagram"da bir mesaj gəldi. Yazıblar ki, güya ərim kimləsə kənarda görüşür. Ona zəng edib dedim ki, Elçin, mənə belə bir məlumat çatdırdılar. Dedi ki, Xuraman, sən nə danışırsan?! Dedim ki, Elçin, sənə inanıram. Sadəcə bu yazılanlanların qarşısını almaq lazımdır ki, sənin ünvanına belə sözlər deyilməsin".
Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Günaydın, Azərbaycan!" verilişində deyib.
O bildirib ki, xanımlar onsuz da ərlərinin nə etdiklərini hiss edirlər: SEO Xidməti
"Mən həyat yoldaşım Elçinə çox güvənirəm, inanıram. Elçinlə artıq 14 ildir ki, ailəliyəm. 4 gözəl övladımız var. Allah olmayanlara nəsib etsin. 2 qızım və 2 oğlum var. İşimdə-gücümdəyəm. Elçin mənə, mən də ona yardım edir. Bir-birimizlə anlaşırıq, bir həyat yoluna çıxmışıq. Allah bizə nəsib etsin bu yolu sonuna qədər gedək".
Telegram kanalımız