AZ

"Xankəndidə çoxlu sayda tələ minalar aşkar edilib" - Vüqar Süleymanov

10285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkələndirilib.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, 10 min kvadratmetr ərazinin hamısı heç də mina sahəsi deyil: "Döyüş gedən ərazilər mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır. Bu ilin mina təmizilənmə üzrə illik planı 60 min hektardır. Bizə daxil olan istəklərin sayı 400 mindən artıqdır".

V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib.

Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur: "Təmas xətti başa düşüləndir. Hərbi olmayan ərazilər, qəbrstanlıqlar, evlər minalanmışdı”.

O qeyd edib ki, 480 ton plastik tullantı da ətraf mühitə ziyan vurub.

ANAMA rəhbəri qeyd edib ki, Ermənistan tərəfi bir neçə dəfə mina sahələri ilə bağlı məlumatlar verib, məlumatlar emal edilib:

"Bu məlumatları emal etdik, bəlli oldu ki, istifadə olunan məlumatların yararlılığı 25 faizi keçmir. Bu, çox aşağı səviyyədədir. Yalnız keçmiş təmas xəttini bu əhatə edir".

Seçilən
111
14
adalet.az

10Mənbələr