AZ

COP29 çərçivəsində Parlament İclası keçiriləcək

İqlim dəyişikliyinə diqqət hazırda ən önəmli və təcili çağırışlardan biridir.

Olaylar xəbər verir ki, bu sözləri Milli Məclisinin deputatı Kamal Cəfərov Xankəndi şəhərində keçirilən "Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu" mövzusunda" elmi-praktiki konfrans zamanı deyib.

Millət vəkili qeyd edib ki, bu çağırış milli və qlobal səyləri şərtləndirir:

"Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Bu sahədə həyata keçirilən tədbirlərin fonunda təsadüfi deyil ki, COP29-a ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir".

Deputat deyib ki, COP29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Parlamentinin də üzərinə mühüm vəzifələr düşür:

"Şübhəsiz ki, məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir.

Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı verəcək. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
120
4
olaylar.az

5Mənbələr