AZ

Qətlə yetirilən polis kapitanı məşhur müğənninin qohumu imiş - FOTO

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Ucnoqta.az baku.ws-ə istinadən bildirir ki, qətlə yetirilən polislərdən biri Məmmədov Eldəniz müğənni Elnar Xəlilovun dayısıoğludur.

Bu barədə Elnar özü bildirib.

O sosial şəbəkə hesabında Eldənizin forosunu paylaşaraq ona Allahdan rəhmət diləyib.

Sənətçinin qohumu ilə bağlı olan paylaşımını təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
26
ucnoqta.az

10Mənbələr