Avro-2024-ün qrup mərhələsinin sonuncu turunda keçiriləcək Çexiya - Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Rumıniya Futbol Federasiyasından İştvan Kovaç idarə edəcək. Ona həmyerliləri Vasile Marinesku və Ovidiu Artene köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Espen Eskas (Norveç) yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 26-ı keçiriləcək Çexiya - Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta