AZ

Yaponiyada yaşlılar üçün sürücülük vəsiqəsi qadağan edilə bilər

Əhalinin sürətlə qocaldığı Yaponiyada yaşlı insanların törətdiyi ölümcül qəzaların partlayışından sonra yeni tədbirlər gündəmdədir.

Ednews sozcu.com-a istinadən xəbər verir ki, əhalinin sürətlə qocaldığı Yaponiyada artan yol qəzalarının qarşısını almaq üçün yaşlıların avtomobil idarə etməsinə mane olmaq üçün başladılan kampaniya müzakirələrə səbəb olur.

Ölkədə qəbul edilən yeni qanuna görə, 75 yaşdan yuxarı hər kəsin sürücülük vəsiqəsini yeniləmək üçün demensiya testindən keçməsi məcburidir. Yaşı 70-dən yuxarı olanlar da qocalmanın reflekslərə və görmə qabiliyyətinə mənfi təsirlərini izah edən sessiyalara və polislə sürücülük imtahanına qatılmalıdırlar.

Son 10 ildir ki, Yaponiya hökuməti yaşlı insanların sürücülük vəsiqələrini təhvil verməyə təşviq edildiyi bir kampaniya təşkil edir. İş yerləri sürücülük vəsiqəsindən imtina edənlərə bəzi imtiyazlar təqdim edir, restoranlarda isə pulsuz yemək verilir. Hətta dəfn xidmətlərinin qiymətini aşağı salan şirkətlər var.

ƏHALİNİN ƏN SÜRƏTLƏ YAŞLANAN ÖLKƏSİ

Dünyada əhalinin ən sürətlə qocaldığı ölkə olan Yaponiyada yaşlı sürücülərin törətdiyi ölümlə nəticələnən qəzalar da sürətlə artır. 2019-cu ildə Tokioda 87 yaşlı şəxsin piyada keçidindən keçən qadını və onun 3 yaşlı qızını vuraraq öldürdüyü hadisədən sonra yaşlı əhalinin sürücülük vəsiqəsini könüllü olaraq geri verməsi nisbəti artıb.

Ancaq bir çox yaşlı yaponlar hələ də öz avtomobillərinə ehtiyac duyurlar, xüsusən də kiçik qohumlarından uzaqda yaşayan və ictimai nəqliyyatın qeyri-adekvat olduğu yerlərdə.

Səlahiyyətlilərə görə, bu gün ölkədə baş verən ağır yol-nəqliyyat hadisələrinin yarıdan çoxuna görə yaşlı yaponiyalılar məsuliyyət daşıyır. Polis məmuru Yutaka Kanaizumi bir çox yaşlı insanlara yeni sürücülük vəsiqələri vermədiklərini izah edir və deyir ki, bir çox insanlar bu qərara çox qəzəblidirlər.

 

Xəyal 

 

Seçilən
165
ednews.net

1Mənbələr