Bakıda qətlə yetirilən polis əməkdaşı, serjant Mahir Ağayev dəfn olunub.RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşının nəşi Binə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.Dəfn mərasmində ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.***Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.AZƏRTAC xəbər verir ki, dəfn mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra Eldəniz Məmmədov yaylım atəşi altında torpağa tapşırılıb. Polis kapitanının ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub.Kapitanın tabutunun büküldüyü üçrəngli Dövlət Bayrağı övladlarına verilib.
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta