AZ

Çin ABŞ-ın sərmayə məhdudiyyəti planına etirazını bildirib

Rəsmi Pekin ABŞ hökumətinin Çinə sərmayə qoyuluşunu məhdudlaşdırmaq planına sərt etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin məsələyə dair açıqlamasında Birləşmiş Ştatların bu addımının Çin və ABŞ şirkətləri arasında normal iqtisadi-ticari əməkdaşlığa mənfi təsir edəcəyi, beynəlxalq iqtisadi və ticarət nizamını pozacağı qeyd olunub.

"ABŞ tərəfi bazar iqtisadiyyatı qanunlarına və ədalətli rəqabət prinsipinə hörmət etməli, iqtisadi və ticari məsələlərin siyasiləşdirilməsini dayandırmalı, Çinə investisiya yatırımlarına məhdudiyyətləri aradan qaldırmalı, Çin ilə ABŞ arasında işgüzar əməkdaşlıq üçün əlverişli şərait yaratmalıdır", - deyə Kommersiya Nazirliyinin açıqlamasında vurğulanır. Qurum ABŞ-ın bu cür addımlarına cavab hüququna malik olduğunu da bəyan edib.

Qeyd edək ki, iyunun 21-də Birləşmiş Ştatların Xəzinə Departamenti ABŞ şirkətlərinin Çinə sərmayə yatırımlarına məhdudiyyət tətbiq edə biləcətyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
4
fins.az

5Mənbələr