Manset.az Apa-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində, Dəhnə deyilən ərazidə körpünün altında kişi meyiti tapılıb. Dərhal hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Məlum olub ki, meyit ötən gündən itkin düşən Lənkəran rayon Sütəmurdov kənd sakini 1989-cu il təvəllüdlü Vüsal Əliqulu oğlu Rəhimovdur.
Faktla bağlı araşdırma aparılır.