24 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin (Sizin Lombard) buraxılış həcmi 150 min manat dəyərində olan yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Banker.az xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “GL” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2022020286 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu | Birqiymətli hərrac |
İstiqrazın sayı | 150 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 150,000 manat |
Hərrac qiyməti | 1,000 manat |
İllik gəlirlilik faizi | 12% |
Reallaşdırılmış həcm | 150,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 150,000 manat |
İnvestor sayı | 7 |
Sifariş sayı | 7 |
Ödəmə Periodu | Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti | 5 il |
İstiqrazların ödəmə tarixi | 24.06.2029 |
Anderrayter | “İNVEST-AZ İnvestisiya şirkəti” QSC |