AZ

Bu ölkədə isti hava və rütubət bir gündə ondan çox adamı öldürüb

Pakistanın Kəraçi şəhərində son 24 saatda həddindən artıq istilər nəticəsində 14 nəfər həyatını itirib.

Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, ölkənin bəzi bölgələrində havanın temperaturu 53 dərəcəni göstərib, Kəraçidə isə 76% rütubətlilik fonunda 45 dərəcə isti olub.

İnsanlara vacib hallar istisna olmaqla, evlərini tərk etməmələri, bol maye içmələri və səyahət etməmələri barədə xəbərdarlıq edilib.

Pakistan Meteorologiya Departamenti temperaturun daha da arta biləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
day.az

2Mənbələr