AZ

Zorakılığa məruz qalan kişilər...

Son zamanlar sosial mediada qadınlarla yanaşı, zorakılığa məruz qalan kişilərin sayının artması barədə məlumatıar yayılır.

Bu fikir istər-istəməz insanın üzündə gülüşə səbəb olur. Necə ola bilər ki, qolu güclü bəylər qadınlar tərəfindən şiddətə məruz qalsın.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a bildirib ki, Azərbaycanda kişilərə qarşı şiddət daha güclüdür, nəinki qadınlara: 

“Hazırda bizdə ailələrdə vəziyyət çox pisdir. 100 evlənəndən 27-i boşanırsa düşünün ki, bunun neçəsi evdə mübahisə edir. 80 faizədək ailələrimizdə arzuolunmaz münasibət hökm sürür. Bu həmin ailənin yox, bütövlükdə xalqın faciəsidir. Çünki o cür ortamda böyüyən uşağın da psixologiyası düzgün formalaşmır. İndi psixolji mərkəzlərin çoxuna getsəniz görəcəksiniz ki, ora gələnlərin əksəriyyəti azyaşlılardır. Buna görə biz “SOS” siqnalı çalmalıyıq, deməli deyilik ki, qadına qarşı şiddət var. Biz mənəvi dəyərləri qoruyub düzgün ailə modelinin formalaşmasına səbəb olmalıyıq. İndi bəzi feministlər, qurumlar hay salıb ki, qadına qarşı şiddət artıb. Kişilərə qarşı şiddət artıb, qadınlara qarşı yox. Qadın bütün günü psixoloji olaraq , dili ilə kişiyə təsir edir. Kişinin də güclü olduğu tərəf fiziki tərəfidir, o da fiziki güclə ona təsir edir. Buna görə də söhbət ailədən getməlidir, fərddən yox”.

Sevinc
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
hit.az

10Mənbələr