AZ

Rusiya aktivlərindən əldə olunan gəlir Kiyevə 2025-ci ildə döyüşməyə imkan verəcək

ABŞ administrasiyası hesab edir ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər Ukraynaya 2025-ci ildə döyüşməyə imkan verəcək.

Viral.az xəbər verir ki, bu barədə xarici jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib.

“Biz həmçinin “Yeddilik Qrupu”nun Ukraynanı bu mübarizəni davam etdirmək üçün lazım olan resurslarla təmin etməyə razılaşdığını gördük. Ukraynaya 60 milyard dollara qədər pul verəiləcək və bu vəsaitlə 2025-ci ildə də mübarizəni davam etdirə bilməlidir”.

Qeyd edəkki, “G7” liderləri iyunun 13-də İtaliyada keçirilən sammitdə 2024-cü ilin sonuna qədər dondurulmuş Rusiyanın aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar ayrılması barədə razılığa gəliblər.

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya xüsusi hərbi əməliyyata başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.

Bunun təqribən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi isə Avropada, o cümlədən Belçikadakı beynəlxalq Euroclear təşkilatında (burada 210 milyard dollar saxlanılır) yerləşir.

(redaktor.az)

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Seçilən
136
9
viral.az

10Mənbələr