İan və Bəhreyn 8 ildən sonra diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, İran xarici işlər nazirinin müavini Əli Baqiri və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zeyyani paytaxt Tehranda görüşüblər.
Görüşdən sonra yayımlanan birgə bəyanatda, iki nazirin Tehran və Manama arasında 8 il əvvəl kəsilən diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəldiyi bildirilib.
Bəhreynin xarici işlər naziri Zayyani Asiya Əməkdaşlıq Dialoqu Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Tehrana səfər edib.