“Bir insan özünü inkişaf etdirməyibsə, təhsili yoxdursa, mədəniyyəti, mərifəti, etik normaları yoxdursa, o mənə nə irad bildirə bilər axı?”
News24.az bildirir ki, bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Günel Həmidova sosial şəbəkələrlə bağlı sualımızı cavablandırarkən deyib.
Sosilal şəbəkələrdə blogerlər qədər aktiv olmadığını deyən aktrisa paylaşımlarının əsasən yaradıcılığı ilə bağlı olduğunu bildirib:
“İnfluencerlər və blogerlər qədər aktivlilk göstərmirəm sosial şəbəkələrdə. Çünki buna zamanım, demək olar ki, yoxdur. Yalnız baş tutacaq tamaşalarımın vaxtını, məkanını və yaxud serialın anonsunu, tamaşalardan, tədbirlərdən, gördüyüm işlərdən paylaşımlar edə bilərəm”.
Şərh bölməsini heç vaxt bağlamadığını deyən Günel tənqidlərə reaksiyasından da danışıb:
“Xatırlamıram ki, şərh bölümünü nə vaxtsa bağlayım. Bu, olsa-olsa, illər ərzində bir, yaxud iki dəfə ola bilər. Onsuz da mənim səhifəm bağlı səhifədir. Tanımadığım insanları izləmirəm. İzləməyə isə yalnız normal hesab etdiyim səhifələri alıram (fake profilıər xaric). Tənqidə hər zaman açıq olmuşam. Yetər ki əsaslı, yerində, provakasiyalardan uzaq, obyektiv olsunlar. Bir də baxır, o tənqidi sənə kim edir, iradı kim söyləyir? Buna həyat təcrübəsi, yaşı, başı, təhsili, dünyagörüşü, intellekti çatırsa, qəbul olunandır. Yox, əgər bir insan özünü inkişaf etdirməyibsə, təhsili yoxdursa, mədəniyyəti, mərifəti, etik normaları yoxdursa, o mənə nə irad bildirə bilər axı?”