Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər naziri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro gəlirin Ukraynaya hərbi yardım göstərmək üçün Avropa Sülh Fonduna köçürülməsi qərarını təsdiqləyib.
"Aktivlərdən əldə edilən mənfəət mümkün qədər tez Ukraynanın xeyrinə istifadə olunacaq. Gələn ayın üçüncü günü 1,4 milyard avro, ilin sonuna qədər isə daha 1 milyard avro Kiyevə köçürüləcək”, - Borrell vurğulayıb.
www.anews.az