AZ

Müəllimlər sertifikatlaşdırmadan sonra fənlərini öyrənməyə başladılar

Azərbaycanda müəllimlərin sertifikasiya imtahanı keçirilir. Bir müddət əvvəl baş tuttan təkrar sertifikasiya imtahanından təxminən 4 minə yaxın müəllim lazımi nəticəni əldə etmədi. Bununla da həmin müəllimlərin dərs keçdiyi şagirdlərin bilik səviyyəsi narahatlıq doğurur. Bəs görəsən, həmin müəllimlərin tədris etdiyi dərslər nə dərəcədə keyfiyyətli olub?

Mövzu ilə bağlı Viral.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, heç bir ölkənin təhsil sistemi səviyyəsi onun müəlliminin səviyyəsindən yüksək deyil:

“Müəllimin bilik və bacarıqları nədirsə, təhsil də o səviyyədə olacaq. Biz sertifikasiya imtahanından kəsilən dörd minə yaxın müəllimə görə narahatıq. Amma bu o demək deyil ki, biz müəllimləri itirmişik. Həmin müəllimlərin yerinə daha yüksək savada malik insanları prosesə cəlb edəcəyik. Hesab edirəm ki, bundan heç də narahat olmamalıyıq. Öz ixtisasından, uzun illər tədris etdiyi fəndən minimum biliyə malik olmayan müəllimin sinifdə şagirdə nəsə öyrətməsi mümkün deyil.

Azərbaycan təhsil sistemində 1994-cü ildəki akkreditasiyadan sonra müəllimlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilmədi. 2014-2018-ci illərdə keçirilən diaqnostik imtahanlarda müəllimləri ilkin olaraq yoxlamaya cəlb etdik. Azərbaycan müəllimi məhz həmin vaxt öz ixtisas fənnini oxumağa başladı. Amma sertifikasiya mərhələsində isə, öyrənməyə başladılar.

Bu gün ölkənin 4432 orta məktəbində 150 min müəllim çalışır. Onlar 1,6 milyon şagirdin bilik əldə etməsi üçün xidmət edirlər. Amma sertifikasiya göstərdi ki, bu istiqamətdə ciddi problemlərimiz var. Əgər bir müəllim özünün tədris etdiyi fəndən sadə suallara cavab verə bilmirsə, bu o deməkdir ki, qarşısındakına da bunu öyrədə bilmir. Biz sevinməliyik ki, onların yerində daha enerjili, yüksək bilik və bacarığa malik müəllimlərimiz olacaq. Təhsil sistemində nə qədər ixtisas bilikləri yüksək olan müəllimlər olacaqsa, nəticə də olacaq. Son üç il ərzində təhsil sistemində həyata keçirilən islahatlar onu göstərir ki, bizim ən vacib düzəltməli olduğumuz məqam müəllimlərin bilik və bacarıqlarıdır”.  

Ekspert əlavə etdi ki, sertifikasiyadan keçməyən müəllimlər məktəblərdə digər işlərlə təmin olunacaqlar:

“Təbii ki, sözügedən işin məğzi pedoqoji fəaliyyət olmayacaq. Onlar məktəbdə öz ixtisasına uyğun digər işlər ilə təmin olunacaq. Bu müəllimlər birdən-birə işdən çıxarılmadı. Buna görə də, Azərbaycanda tətbiq edilən sertifikatlaşdırma prosesi dünyada ən humanist islahatdır. Həmin müəllimlər ötən il də sertifikasiya imyahanından kəsildilər. Onlara yenidən hazırlaşmaq üçün bir il vaxt verildi. Amma yenə də təkrar sertifikasiyada uğur qazana bilmədilər. Onların sosial vəziyyəti nəzərə alınaraq digər işlər ilə təmin olunacaqlar. Əgər yenidən müəllim kimi çalışmaq istəyirlərsə, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanına müraciət edə bilərlər. Onlara kifayət qədər şans verilir”.

Yusif SƏMƏZADƏ

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Seçilən
160
2
viral.az

6Mənbələr