AZ

İtaliya 1/8 finala vəsiqə qazandı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü başa çatıb.

 

B qrupunun oyunu 1:1 hesabı ilə yekunlaşıb.

 

Hesabı 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+8-ci dəqiqədə vurulub. Mattia Cakkani fərqlənib.

 

Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

 

Luçano Spalettinin rəhbərlik etdiyi yığma növbəti turda A qrupunun ikincisi olan İsveçrə ilə üz-üzə gələcək. Görüş iyunun - 29-da baş tutacaq.

 

Report

Tarix: 25 İyun 2024, 02:00   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
5
pravda.az

10Mənbələr