Xorvatiya millisinin üzvü Luka Modriç futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, AVRO-2024-də qrup mərhələsinin III turu çərçivəsində İtaliya ilə görüşdə qol vuran yarımmüdafiəçi (38 yaş, 289 gün) turnirdə fərqlənən ən yaşlı futbolçu olub.
L.Modiç bununla da Avstriya millisinin heyətində adını tabloya yazdıran İvitsa Vastikin (38 yaş, 257 gün) rekordunu yeniləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun