Bakı, 25 iyun, AZƏRTAC
Dünya birjalarında neft bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar artaraq 86,06 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,06 dollar artaraq 81,69 dollar təşkil edib.