Bakı. Trend:
Neftçalada saxlanılan paytaxt sakinindən 12 kiloqram narkotikgötürülüb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini Kamran Əliyevrayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 12kiloqram marixuana aşkar edilib.
Araşdırmalar zamanı K.Əliyevin narkotik vasitəni sosialşəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılanİran vətəndaşından aldığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalardavam etdirilir.