21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.
Təhsil İnstitutundan Valyuta.az-a verilən xəbərə görə, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.