"Wikileaks"in qurucusu Culian Assanj həbsxanadan azad edilib.
News365.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Wikileaks" "X" sosial şəbəkəsində məlumat yayıb.
"Culian Assanj azadlıqdadır", - bəyanatda deyilir.
Assanj 2019-cu ildən saxlanıldığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxılılıb. O, təyyarə ilə Böyük Britaniyanı tərk edib.