AZ

Türkmənistanda Orta Dəhlizin şaxələndirilməsi imkanları müzakirə edildi

Bakı. Trend:

Türkmənistanda işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Aşqabad şəhərində TürkmənistanDəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və TürkmənistanDəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadənməlumat verir.

Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əlaqələringücləndirilməsi və yük dövriyyəsinin, eyni zamanda, Orta Asiya –Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətlərindəmultimodal yük daşımalarının həcminin artırılması, əməkdaşlıq üçünböyük potensialın olduğu və bu imkanların Avropa bazarındatanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Bundan başqa, ADY sədri səfər çərçivəsində “Türkmənneft”,“Türkmənqaz”, “Türkmənkimya” Dövlət konsernləri və TürkmənistanDövlət Xammal və Məhsul Birjasının rəhbərləri ilə görüşlər keçirib,onlara Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə ADYtərəfindən görülən işlər barədə ətraflı məlumat verib.

Seçilən
103
19
az.trend.az

10Mənbələr