AZ

Türkiyə mətbuatı: 25 iyun 2024

''Vatan'': Qırmızı kateqoriyada 2 terrorçu zərərsizləşdirildi

Türkiyənin Batman şəhərinin Gercüş rayonunda həyata keçirilən "Bozdoğan-45" əməliyyatı nəticəsində  iki terrorçu zərərsizləşdirilib.
Terrorçuların ''qırmızı kateqoriya'' üzrə axtarışda olduqları bildirilib. 
Məlumata görə, bayram günləri ərzində  separatçı terror təşkilatının 11 üzvü zərərsizləşdirilib. Onlardan 2-nin ''qırmızı'', 4-nün ''narıncı'', 2-nin isə ''boz kateqoriya'' üzrə axtarışda olduğu qeyd olunub.

''Star'': Danışıqlar başlayır
Əlcəzair ticarət nümayəndəliyinin açılış mərasimində çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə ilə Əlcəzair arasında 10 milyard dollarlıq ticarət həcmi hədəfinə nail olmaq üçün ciddi addımlar atdıqlarını bildirib. Ömər Bolat deyib: ''İki ölkə arasında ''Ticarət sazişi'' üzrə danışıqlar çox yaxın zamanda başlayacaq''.

''Haber Türk'':  Antalya hava limanı iyunun 22-də 199 mindən çox sərnişinə ev sahibliyi edib
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iyunun 22-də Antalya hava limanının 199 min 751 sərnişinə ev sahibliyi etdiyini deyib. Nazir Abdulkadir Uraloğlu həmin gün hava limanına 1175 təyyarənin eniş etdiyini bildirib.

''Hürriyet'': THY 9-cu dəfə Avropanın ən yaxşı aviaşirkəti seçildi

Türk Hava Yolları ''Skytrax'' agentliyi  tərəfindən "Avropanın ən yaxşı aviadaşıyıcısı'' seçilib. Türk Hava Yolları İngiltərənin paytaxtı Londonda keçirilən ''World Airlines'' mükafat mərasimində 9-cu dəfə Avropanın ən yaxşı hava yolu şirkəti seçilərək “Cənubi Avropanın ən yaxşı hava yolu şirkəti” mükafatlarına layiq görülüb. 

''Sabah'': 3300 illik sirlərlə dolu kəşf

Kırıkkaledə arxeoloji qazıntı işləri aparan arxeoloq Kimiyoşi Matsumura Büklükale qazıntı sahəsində Het İmperatorluğuna aid 3300 illik lövhə aşkar edib. Het və hurri dillərində yazılmış lövhə het kral ailəsinin dini mərasimlərini təsvir edir.



Seçilən
75
10
trt.net.tr

9Mənbələr