AZ

Azərbaycanın basketbol milliləri Bakı toplanışının birinci mərhələsini başa vurublar

Azərbaycanın 16 və 18 yaşadək basketbolçu qızlardan ibarət milliləri Bakıda keçirilən təlim-məşq toplanışının birinci mərhələsini başa vurublar. Azərbaycan Basketbol Federasiyasından SİA-ya verilən məlumata görə, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandalar taktiki, texniki və fiziki çalışmaları mütəmadi şəkildə davam etdirərək, bir neçə uğurlu yoxlama oyunu da keçiriblər.

Bu yığmalar iyunun 26-da Avropa çempionatı öncəsi son hazırlıqlar üçün Kiprə yola düşücəklər. Kiprdə 7 gün təlim-məşq toplanışı keçirdikdən sonra U-16 yığmamız iyulun 9-dan 14-dək Cəbəllütariqdə baş tutacaq Avropa çempionatının C divizionun oyunlarına yollanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
6
sia.az

9Mənbələr