Bu ilin yanvar-may aylarında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 27 milyon 409 min ABŞ dolları, həcmi isə 110 ton təşkil edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Poçt göndərişləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 9 milyon 616 min dollar və ya 26 %, həcm ifadəsi ilə 31 ton və ya 22% azdır.
5 ay ərzində Azərbaycana xarici ölkələrdən 26 milyon 18 min ABŞ dolları dəyərində 108 ton poçt göndərişi idxal edilib.
1 il əvvələ nisbətən dəyər ifadəsi ilə 9 milyon 301 min dollar və ya 26,3%, həcm ifadəsi ilə 29 ton və ya 21,2 ton % azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 1 milyon 390 min ABŞ dolları dəyərində 2,6 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 314,54 min dollar və ya 18,4% və miqdar ifadəsi ilə 2 tona yaxın və ya 37,8% azdır.