AZ

Bu ilin beş ayında 644 milyon manata yaxın sığorta haqqı toplanılıb

Bu

Bakı, 24 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 643,8 milyon manat sığorta haqqı toplanılıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,8 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 57,6 faiz çoxdur.

 

Seçilən
201
azertag.az

1Mənbələr