AZ

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedəcək

Bakı. TurkicWorld :

Azərbaycan vətəndaşları Mərakeşə vizasız gedəcək.

TurkicWorld -in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar qanun layihəsinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Seçilən
49
5
turkic.world

7Mənbələr