Hindistanın baş naziri Narendra Modi Hindistan-Rusiya əlaqələrini gücləndirmək üçün Rusiyaya səfər edəcək. Bununla bağlı TASS-ın yaydığı məlumatda deyilir ki, səfərin iyul ayının 8-9-da baş tutacağı gözlənilir.
Səfərdən məqsəd iki ölkə arasında hərtərəfli münasibətləri daha da inkişaf etdirməkdir.
Bu, Modi baş nazir seçiləndən sonra onun xarici ölkəyə ilk səfəri olacaq. Xatırladaq ki, Modi 2015-ci ildə Moskvaya, 2019-cu ildı isə Vladivostoka səfər edib.
Oxuməni.az