AZ

“Neftçi”yə baş icraçı direktor təyin edildi

“Neftçi”nin baş icraçı direktoru postuna yeni təyinat baş tutub.

Bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.

İstanbul nəhənglərindən “Beşiktaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutub. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

Seçilən
108
42
demokrat.az

10Mənbələr