AZ

Dələduzluqla iki qadının 9 min dollarını alanlar tutuldu

Image

Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir qadının 4000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Nərimanov saxlanılıb.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə paytaxt sakini olan bir qadının 2000 manatını və 5000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən M.Qasımov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD





Seçilən
102
6
baki-xeber.com

10Mənbələr