Yaxın vaxtlarda Moskva ilə Tehran arasında hərtərəfli əməkdaşlıq üçün yeni sazişin imzalanacağı gözlənilir.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Hərtərəfli əməkdaşlıq müqaviləsi mətninin hazırlanması bitmək üzrədir. Lazım olan bütün qeydlər edilib”, - o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Zamir Kabulov Moskva və Tehran arasında hərtərəfli əməkdaşlığa dair yeni saziş üzərində işlərin müvəqqəti olaraq dayandırıldığını demişdi.