AZ

Hansı daha xeyirlidir:Meyvə, yoxsa tərəvəz?

Alimlər ən sağlam qidaların siyahısını tərtib etmək üçün araşdırma aparıblar. 

“Cebhe.info” Nyu -Cersidəki Uilyam Paterson Universitetinin mütəxəssislərinin hesabatına istinadən yazır ki, heç bir meyvə ilk onluğa daxil olmayıb.

Tədqiqat zamanı 41 məhsul təhlil edilib. Onların tərkibində vitamin, lif və digər qida maddələri öyrənilib. Nəticədə siyahıda ilk onluğu demək olar ki, tamamilə müxtəlif növ yaşıl tərəvəzlər tuturdu. Birinci yerdə ən vacib vitamin və mikroelementləri ehtiva edən vəzəri dayandı. Amerikalı həkimlərin fikrincə, ən sağlamlar siyahısına müxtəlif növ kələm, ispanaq, yerkökü, pomidor, kartof və pırasa da daxildir.

Meyvələrdən yalnız biri ilk 30-luğa daxil oldu - limon 28-ci yerdədir. Məlum olub ki, o, demək olar ki, bütün vitamin qruplarını ehtiva edir və dəmir və kalsiumla doludur. Tərkibində C, B, A və E vitaminləri var. Dəmir, kalsium, maqnezium, sink və fosforla zəngindir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr