Türkiyənin tanınmış müğənni Murat Boz növbəti dəfə ölkəmizə gəlib.
Minval.info xəbər verir ki, sənətçi öz hit musiqiləri ilə Port Music Fest-də sevənlərinin qarşısına çıxıb. Ard-arda sevilən mahnılarını oxuyan Murat Boz Azərbaycanı çox sevdiyini dilə gətirib:
“Bakıya gəlməyəndə darıxıram. Sizin üçün burnumun ucu göynəyir. Hər şey qarşılıqlıdır. O sevgini Azərbaycan xalqından aldığım üçün özümu çox xoşbəxt və rahat hiss edirəm. Yaxşı ki, siz varsınız”.