AZ

BMW avtomobillərində iki fərqli avtopilotdanistifadə etmək olacaq

BMW markasının 7-ci seriya burxılışlarında avtopilot da olacaq.

Redaktor.az “motor.ru”ya istinadla xəbər verir ki, “Personal Pilot” sistemi “Highway Assistant” ilə birlikdə işləyəcək. Şirkət rəsmilərinin sözlərinə görə, sənayedə ilk dəfə olaraq müxtəlif səviyyəli avtopilot sistemləri bir avtomobildə tətbiq olunacaq.

Belə ki, hər iki sistem sayəsində sürücü əllərini avtomobildən çəkərək rahat şəkildə yola davam edə biləcək. Burada tətbiq edilən şəxsi pilot, əlavə olaraq daim yola baxmağı tələb etmir. Bununla da sürücü sükan arxasında oturaraq rahat şəkildə filmlərə baxa və ya işləyə bilər.

Həmçinin qeyd olunur ki, avtopilot dəstinin qiyməti 6 min avrodur və satış ilkin olaraq yalnız Almaniyada həyata keçiriləcək.

Yusif SƏMƏDZADƏ

 

Seçilən
110
redaktor.az

1Mənbələr