AZ

"TL" dollar qarşısında rekord dəyər itirib

Dollar bu gün 33,01 səviyyəsinə yüksələrək rekordunu yeniləyib

Ednews sozcu.com-a istinadən xəbər verir ki, Dollar/TL yerli seçkilərdən sonra təxminən üç aya yaxın üfüqi kurs izlədikdən sonra 33 səviyyəsinə yüksəlməyə başlayıb. İyun ayının əvvəlindən bəri TL dollar qarşısında dəyərini yüzdə 2 civarında itirib.

Mərkəzi Bankın (TCMB) faiz qərarı bu həftə gündəmə gələcək gündəm maddələri arasındadır. Bundan əlavə, dünən də daxil olmaqla, bir gecəlik faiz dərəcələrinin zaman-zaman siyasət faizinin altında qalması bazarda yaxından izlənilir.

Reuters-in sorğusuna görə, gözləntilərin üzərində olan inflyasiyaya nəzarət etmək üçün mart ayında son sərtləşdirmənin ardından TCMB-nin iyun ayında siyasət faizini 50 faiz səviyyəsində sabit saxlaması gözlənilir.

Türkiyə bazarları ötən həftənin ilk üç ticarət günündə bağlanıb. Qalan iki gündə həcm zəif olaraq qaldı. Bu prosesdə bir gecəlik TL faiz dərəcəsi siyasət faizinin altına düşdükdən sonra TCMB-nin likvidlik addımları yaxından izlənilməyə başlandı. 

 

Xəyal 

 

Seçilən
108
ednews.net

1Mənbələr