AZ

Sanksiyalar Azərbaycanla Rusiya arasında pulköçürmələrdə problem yaradırmı? – Mərkəzi Bank açıqladı – EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, iyunun 12-də ABŞ Rusiyanın əsas valyuta birjası olan Moskva Valyuta Birjası qrupuna, həmçinin sürətli pulköçürmə sistemlərini sanksiya siyahısına salıb. Bu, bir sıra ölkələrdən həmin sistemlərlə köçürmələrin dayanmasına gətirib çıxarıb. Eyni zamanda Avropa İttifaqının bu günlərdə açıqladığı Rusiyaya qarşı 14-cü sanksiya paketində Rusiya Mərkəzi Bankının SWIFT sistemini əvəz etmək üçün hazırladığı maliyyə mesajlaşma xidməti olan Maliyyə Mesajlaşma Sisteminin (SPFS) də adı var.

Bu addımlar Azərbaycandan Rusiyaya və əksinə pulköçürmələrində hər hansı problemə səbəb olubmu?

Musavat.com-un bununla bağlı sorğusuna Mərkəzi Bankdan verilən məlumata görə, Azərbaycanda Rusiya ilə əməliyyatlarda hər hansı çətinlik yaranmayıb:

“Bildiririk ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən banklar, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən isə ödəniş təşkilatları və elektron pul təşkilatları öz fəaliyyətində “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun və ona uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl etməlidirlər.

Hazırda banklar da müvafiq qanunvericilik tələblərinə və beynəlxalq təşkilatların müəyyən etdiyi sanksiya rejiminə uyğun olaraq pul köçürmə sistemlərinin operatorları ilə əməkdaşlıq edirlər və pul köçürmələrinin həyata keçirilməsi üzrə hər hansı dayanma halları müşahidə olunmur”.

Musavat.com

Seçilən
139
1
musavat.com

2Mənbələr