AZ

PSJ-dən Kvaratsxeliyaya 5 illik müqavilə

style='margin-bottom:10px;'>

PSJ "Napoli"nin hücumçusu Xviçi Kvaratsxeliyanı heyətinə qatmaqda israrlıdır.

QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Paris təmsilçisi 23 yaşlı futbolçuya yeni müqavilə təklif edib. Sözləşmənin şərtlərinə görə, Xviça PSJ-yə keçsə, mövsümlük 7,5 milyon avro qazanacaq. Müqavillənin müddəti isə 5 illikdir.

PSJ Xviçanın meneceri Mamuka Cuqeli ilə bir neçə dəfə əlaqə saxlayıb. 

Eyni zamanda, “Napoli” və baş məşqçi Antonio Konte Kvaratsxeliyanı komandada saxlamaq cəhdlərini davam etdirir. Klub futbolçu üçün yeni müqavilə hazırlayıb. Sözləşməyə görə, onun maaşı indikindən 3 dəfədən çox olacaq (bonuslarla birlikdə ildə 1,5 milyondan 5 milyon eroya qədər). Bundan əlavə, 2028-ci ilə qədər olan müqavilədə 120 milyon avrodan çox məbləğdə kompensasiya bəndi nəzərdə tutulur.

PSJ oyunçunun transferi üçün "Napoli"yə 100 milyon avro təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
teleqraf.com

3Mənbələr