Üç nəfərə ali hərbi rütbə verilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə
“general-mayor” hərbi rütbəsi
polkovnik Həsən Əli oğlu Əlövsədova
polkovnik Vilayət Bərxuda oğlu Quluyevə.